Azərbaycan XİN:
“İlk dəfə deyil ki, Fransa rəsmiləri ermənipərəst mövqe nümayiş etdirilir”
Azərbaycan Respublikası XİN-in Mətbuat xidməti idarəsinin rəisi Fransa xarici işlər nazirinin anti-Azərbaycan bəyanatına cavab verib.
Leyla Abdullayeva deyib: "Oktyabrın 5-də Fransa Milli Assambleyası ermənipərəst üzvünün Azərbaycana qarşı ittiham dolu və Ermənistana daha çox dəstək göstərilməsi ilə bağlı sualını cavablandıran Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna erməni xalqı ilə həmrəy olduqlarını səsləndirib və Azərbaycanla bağlı tamamilə əsassız çağırışlar edib".
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva sözlərinə görə, ilk dəfə deyil ki, Fransa rəsmiləri tərəfindən birtərəfli və ermənipərəst mövqe nümayiş etdirilir: "Nazir Kolonnanın Ermənistan tərəfinin bu günədək törətdiyi çoxsaylı müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayətlərin araşdırılması ilə bağlı heç bir çağırış etməməsi də diqqətdən yayınmır. Təəssüf ki, son 30 ildə Fransa rəsmiləri tərəfindən Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı bir dənə də olsun çağırış edilməyib. Səbəbi bizə bəllidir,
Leyla Abdullayeva Avropanın aparıcı qüvvəsi olan, beynəlxalq hüquq prinsiplərinin keşikçisi kimi özünü təqdim edən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində vasitəçi olmaq istəyən bir ölkənin rəsmisinə neytral, qərəzsiz və ədaləti mövqe tutmağı tövsiyə edib.
Azərbaycan Respublikası XİN rəsmisi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin raket hücumuna məruz qalmasının və onlarla dinc insanın həyatına son qoyulmasının 2 -ci ildönümü günlərini xatırladaraq deyib:Bu hərbi cinayətə görə Ermənistan tərəfindən bu günədək heç kim məsuliyyətə cəlb edilməyib. Fransa xarici işlər nazirini bu məsələ ilə bağlı Ermənistan tərəfinə çağırış etməyə dəvət edirik".