Azərbaycan Respublikası XİN:
“Fransanın vasitəçiliyinini bir daha nəzərdən keçirilməsi labüddür"
Azərbaycan Respublikası XİN-i Fransa Prezidentinin Azərbaycana qarşı son sərt ittihamlarını rədd edib və onları qəbuledilməz adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin E.Makronun Azərbaycana qarşı söylədiyi fikirlərə dair şərhində vurğulanıb ki, Fransa Prezidenti məhz o dövlət başçısıdır ki, Ermənisanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini heçə sayaraq Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsi barədə, ölkəsi Minsk Qrupunun həmsədri omasına rəğmən bir kəlmə də olsun söz deməyib.
"Fransa Prezidenti, təəssüf ki, bu günədək Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməməsi, Azərbaycan ərazilərində minalar basdırmaqla bölgədəki təhlükəsizliyə hədə törətməsi barədə də susur.
Azərbaycan Respublikası XİN-in son dərəcə ehtiyatcıl bəyanatında Rəsmi Bakının Fransanın vasitəçiliyinə heç vaxt yox demədiyi xüsusi vurğulanıb ancaq bundan sonra bu məsələyə yenidən baxılmalı olduğu da diqqətə çatdırılıb:
Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçlik səylərinin bir daha nəzərdən keçirilməsini labüd edir", - Azərbaycan XİN-dən bildirilib.