Okt 15, 2022 15:50 Asia/Baku
  • İlham Əliyev Makronun açıqlamalarını qınayıb

Bir neçə gün əvvəl Makron Bakının 2020-ci ildə Qarabağda müharibə törətdiyini , Rusiyanın isə Bakıya dəstək verdiyini bildirib. İlham Əliyev Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Emmanuel Makronun sözlərini "təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli" adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Əliyev Makronun "Rusiya Azərbaycan oyununu oynayır və gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqla məşğuldur" kimi bəyanatlarını qərəzli və Rusiyaya qarşı bəyanatlar kimi xarakterizə edib. 

"Bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük", - deyə İlham Əliyev qeyd edib.

O, sözlərinin davamında Fransa xarici işlər nazirinin Azərbaycan əleyhinə bəyanatlarını və 44 günlük müharibənin ortasında Fransa Senatının aşağı palatasında "Dağlıq Qarabağı" tanıyan qətnamənin qəbul edilməsini tənqid edib və əvvəlki Fransa prezidentləri ilə münasibətlərin düşünülmüş olduğunu , Emmanuel Makronun isə bütün bunların üstündən xətt çəkdiyini bildirib. 

Əliyev Dağlıq Qarabağ münaqişəsini "həll edilmiş" hesab edib və Parisin ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, Bakı ilə İrəvan arasında vasitəçilik rolunun "zərərli" və bu rolun davam etdirilməsini lüzumsuz olduğunu bildirib.

Makronun televiziya açıqlamaları Vladimir Putinin də reaksiyasına səbəb olub.

Fransa prezidenti Rusiyanı Cənubi Qafqazda sabitliyi pozmaqda və qarışıqlıq yaratmaqda ittiham edib. Fransa prezidenti deyib: "Rusiya Qafqaz regionunda sabitliyi pozmaq səyləri çərçivəsində Ermənistan və Azərbaycan arasında bir müddət öncə baş verən son toqquşmalarda məqsədyönlü təxribat törədib".

Teqlər