Naxçıvanlı fəallar İrana qatılmaq üçün ictimai hərəkata başlayıblar
https://azeri.sahartv.ir/news/azərbaycan-i394171-naxçıvanlı_fəallar_İrana_qatılmaq_üçün_ictimai_hərəkata_başlayıblar
Bir qrup naxçıvanlı aktivist İrana qatılmaq üçün ictimai hərəkata başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2022 13:04 Asia/Baku
  • Naxçıvanlı fəallar İrana qatılmaq üçün ictimai hərəkata başlayıblar

Bir qrup naxçıvanlı aktivist İrana qatılmaq üçün ictimai hərəkata başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının «on üçüncü kanal» adlı YotTube televiziyası «İran Naxçıvanı Xalq Hərəkatı» adlı bir qrupun təsis olunması və onun teleqramdakı media fəaliyyətindən xəbər verib.

Azərbaycan Respublikası jurnalistlərindən olan Heydər Oğuz bu proqramda deyib: Xalq Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun bu muxtar respublikasının əhalisinə etdiyi zülm və zülmkarlıqdan təngə gəlib və bu muxtar respublikanın İrana birləşdirilməsini tələb edir.

Heydər Oğuz bildiribdir ki, bu qrupun teleqram kanalı Naxçıvan əhalisini Naxçıvanın İrana qaytarılmasını tələb edən bu hərəkata qoşulmağa çağırır.

«İran Naxçıvanı Xalq Hərəkatı» qrupu könüllü surətdə fəaliyyət göstərir.