Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
https://azeri.sahartv.ir/news/azərbaycan-i394323-azərbaycan_ordusunun_mövqeləri_atəşə_tutulub
Azərbaycan ordusunun mövqeləri Ermənistan silahlıları tərəfindən atəşə tutulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2022 08:46 Asia/Baku
  • Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan ordusunun mövqeləri Ermənistan silahlıları tərəfindən atəşə tutulub.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Bildirilir ki, oktyabrın 21-si saat 22:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Qeyd olunan istiqamətdə yerləşən Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.