Okt 29, 2022 08:28 Asia/Baku
  • Azərbaycan sadəcə “dəhliz” istəyir

Azərbaycan Respublikası Ermənistanla nəzarət-buraxılış məntəqələri deyil, sadəcə “dəhliz” istəyir.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan hökumətinin Azərbaycanla sərhəddə, Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqənin təmin olunması üçün üç nəzarət-buraxılış məntəqəsi qurmaq barədə təklifinə rəsmi Bakı münasibət bildirib.

Bu barədə oktyabrın 27-də baş nazirin müavini Şahin Mustafayev deyib ki, Ermənistanın sərhəddə üç nəzarət-buraxılış məntəqəsi yaratmaq təklifləri 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müddəalarının icrasının imitasiyasıdır. 

Onun sözlərinə görə, İrəvanın təklif etdiyi məntəqələrdən başlayan yollar relyef, iqlim şəraiti baxımından Naxçıvanla nəqliyyat əlaqəsi və ilin əksər hissəsində beynəlxalq tranzit daşımaları üçün əlverişli deyil. Habelə nəzarət-buraxılış məntəqələri tərəflərin razılığı ilə simmetrik şəkildə açılmalıdır. Lakin Ermənistan Azərbaycanla heç bir razılaşma həyata keçirməyib.

Mustafayevin fikrincə, Ermənistanın təklifi Azərbaycanın qərb rayonları və Ermənistan arasında kommunikasiyaların yaradılması barədə üçtərəfli bəyanatın icrasından yayınmaq üçün formal xarakter daşıyır.

Bu arada “tərəflərin razılığı” ilə bağlı iddia çox qəribədir, nəzərə alsaq ki, bir neçə ay bundan əvvəl heç bir razılaşma olmadan Berdzor-Laçın dəhliz marşrutunun dəyişdirilməsini tələb edən məhz Azərbaycan olub.

Teqlər