Okt 29, 2022 08:53 Asia/Baku
  • “İran Naxçıvan Xalq Hərəkatı” himayə olunur

Naxçıvanda “İran Naxçıvan Xalq Hərəkatı”nın yaradılmasına dəstək kampaniyası Tvitter-də trend olub.

SəhərAzəri-nin məlumatına əsasən, çoxlu sayda Tvitter istifadəçisi “Naxçıvan_İran” həştəqini dərc etməklə son vaxtlar Telegram kanalı yaradaraq varlığını ictimailəşdirən “İran Naxçıvan Xalq Hərəkatı”na dəstək olduqlarını bəyan edib.

Digər tərəfdən, Bakı mediası “İran Naxçıvan Xalq Hərəkatı”nın mövcudluğunun elan edilməsinə əsəbi reaksiyalar nümayiş etdirir və bu hərəkatın formalaşması xəbərinin Səhər kanalından yayılması bəhanəsi ilə bu kanalı təhqir edir.

“İran Naxçıvan Xalq Hərəkatı”na məxsus Telegram kanalının 2022-ci il sentyabrın 19-da yaradılması faktına toxunan Bakı KİV-i iddia edib ki, Hərəkat hazırkı vəziyyətdə Səhər kanalı vasitəsilə ictimaiyyətə açıqlanmış əvvəlki plandır.

Digər tərəfdən, “İran Naxçıvan Xalq Hərəkatının yaradılması” xəbərlərinin dərci talışların da naxçıvanlılar kimi pan-türkizm xülyasından xilas olmaq üçün səylərində yeni çalarlar yaradıb.

Azərbaycan Respublikasında talış icmasının nümayəndələri bununla bağlı hər gün YouTube və Facebook-da materiallar yayırlar.

Tulish Medianın məlumatına əsasən, Talış Milli Hərəkatının media işləri üzrə rəhbəri Zabil Məhərrəmov pantürkistlər və sionizmlə əlaqəli agentlər tərəfindən Azərbaycan Respublikasında etnik nifrətin yayılmasını tənqid edərək deyib ki, Lənkəranın mərkəzində Talışları Osmanlı türkünə çevirmək  cəhdləri müşahidə olunur. Zabil Məhərrəmov qeyd edib ki, pantürkizm və sionizmlə əlaqəli agentlər və anqlo-sakson ağaları Azərbaycan Respublikası xalqının həqiqi kimliyini məhv etməyə və onları İranla düşmən etməyə çalışırlar.

Teqlər