Okt 29, 2022 17:03 Asia/Baku
  • QMİ İrana qarşı bəyanat verdi

Qafqaz Müsəlmanları İdarəsinin şeyxi uzun müddət basqılara məruz qaldığı bir vaxtda, o da nəhayət İrana qarşı, yəni Təqlid Mərcəyinin olduğu ölkəyə qarşı bəyanat verməyə məcbur oldu.

SəhərAzəri-nin məlumatına əsasən, təxminən bir il əvvəl QMİ sədri Allahşükür Paşazadənin Ayətullah Xamenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” - deməsi onun üçün ağır başa gələcəyi əvvəlcədən bəlli idi. Nəhayət ki, Şeyxülislamı da İrana qarşı bəyanat verməyə məcbur etdilər.

QMİ-nin İrana qarşı bəyanatında deyilir: “ Bölgədə yeni reallıqlar, postmüharibə dövrü hökm sürdüyü bir vaxtda İranın Azərbaycanla sərhədlərində hərbi təlimlər keçirməsi Azərbaycan cəmiyyəti tərəfindən birmənalı mənfi qarşılanır. Sual yaranır – İran kimi hədəfə alır?”.

Xatırlatmaq lazımdır ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda dindarların hüquqlarının müdafiəsində bir dəfə də olsun bəyanat səviyyəsində belə fikir bildirməyib. Bu üzdən dini camiə müsəlmanların hüquqlarının müdafiəsində şeyxdən ümidlərini qırıblar, QMİ-nin layik hükumətin bir inzibati idarəsi həddində olduğuna inanıblar. İndi İrana qarşı verilən bəyanat da bu kontekstdə səciyyələnir.

İdarənin tam səlahiyyətlərini alıb Dini komitəyə vermək ərəfəsində, yaxşı olar ki, bu suallara da cavab verilsin:

İsrail rejiminin Bakıdan Təbrizə dil uzatması vaxtı bir çoxlarından səs çıxdı, sizdən isə səmir çıxmadı niyə?

İrana qarşı 30 il ərazi iddiaları ilə çıxış edən və dövlət səviyyəsində “cənubi azərbaycan projesi”-nə start verən çaqqallara cavabınız nə idi?

Əlbəttə sizi və idarənizdə çalışan müdrik insanları tamamilə başa düşürük, o qədər üstünüzə gəldir ki, size belə mövqe bildirməyə vadar etdilər. Vaxt gələr ki, Qurban bayramında Təzəpir məscidində verdiyiniz bəyanat kimi, vicdanızın nidasına ləbbeyk deyəsiz.

Teqlər