Şeyx İrana sataşdı
“Milyonlarla şiənin burada ümidi qırıldı”!
Qafqaz Müsəlmanları İdarəsinin sədri yerli mediadakə anti-İslam təbliğatını qınamaq yerinə İrana sataşıb.
SəhərAzəri-nin məlumatına əsasən, İranın region ölkələrinin sərhədlərinin dəyişdirilməsinə qarşı çıxması və Ermənistanın cənubunun Azərbaycan Respublikası tərəfindən işğalı ehtimalına görə Bakının İrana qarşı təbliğat xarakterli hücumlarının davamında Allahşükür Paşazadə İranın Azərbaycan Respublikasına sarsılmaz dəstəyini vurğulasa da, sadə dillə demişdir: “Mən həmişə düşünürdüm ki, başıma bir iş gəlsə, qardaşlarım gəlib məni xilas edəcəklər. Amma bu gün ümidimi itirdim. Kimə inanmalıyam? Qardaşım məni erməniyə satdı. Burada milyonlarla şiənin ümidi qırıldı.”
Paşazadə Real TV kanalı ilə söhbətində qeyd edib ki, bu yaxınlarda bu kanalın aparıcısı Mirşahin Ağayevin İran əleyhinə çıxışında İmam Hüseyn (ə) və Həzrət Əbülfəzli (ə) təhqir etməsinə toxunmadan deyib: ““Baxmayaraq ki, İran İslam Respublikası deyilir, amma onların bizim sərhədlərdə manevr etməsi yolverilməzdir. Mən televizorda gördüm ki, hərbçilər təyyarəyə oturanda bir din xadimi gəlib Qurani-Kərimlə onlara xeyir-dua verir. Bəs nə üçün xeyir-dua verir? Hara göndərir? Azərbaycana? Müsəlman dövlətinin sərhədinə, ona əzələ göstərməyə göndərir. Bu, heç də müsəlmana yaraşan hərəkət deyil. Mən bunu gözləmirdim.”
Daha sonra şeyx vurğulayıb ki, 30 il ərzində Ermənistan Azərbaycana hərb təcavüz edən zaman İran ordusu harada idi?
"Bəs harada idi bunların səsi? Bir gecədə Xocalıda 600-dən çox insan qətlə yetirildi. Bunu ermənilər etmədilərmi? Niyə bir dəfə bu manevri Ermənistan sərhədində aparmadınız? Biz bunu 30 il gözlədik. Torpaqlarımız işğal olundu, məscidlərimiz yandırıldı”.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası hökuməti İran tərəfinin aydın və qəti mövqelər ortaya qoyması səbəbindən anti-İran siyasətində dalana dirəndiyi istənilən məqamda ölkə şiələrinin guya İrandan məyus olduqları taktikasından faydalanır. İrana qarşı hər zaman ikiüzlü mövqe sərgiləyən Paşazadə isə bu taktikada hakim komandaya dəstəyini gizlətmir.
O, kommunist rejimi dövründən etibarən Qafqaz Müsəlmanları İdarəsinin ömürlük rəhbəri vəzifəsindən istifadə edərək adətən Azərbaycan xalqının əsas paradiqması sayılan şiəliyə qarşı mübarizənin ön xəttində dayanıbdır.