QMİ sədri sosial mediada rüsvay oldu
Allahşükür nə vaxtdan İslam, şiə, azərbaycanlı dərdi çəkən olub? - AKTUAL
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin İslam dinini təhqir edən jurnalist Şahin Ağayevə müsahibədə dedikləri onun özü barədə geniş rəy formalaşdırıb.
SəhərAzəri-nin məlumatına əsasən, sosial mediada dərc olunmuş məqalələrin birində deyilir: "Onsuz da Allahşükür Paşazadə deyilərkən ağıla İslam dini, Allah yox, KQB agenti, hakimiyyətə yaltaqlıq edən, ölkədəki zülmlərə göz yuman, xaricdə villalar alan, bizneslə məşğul olan insan gəlir. Bu cür insanın dedikləri ciddi qəbul edilməməlidir. İran haqqında tez tez Allahşükür Paşazadə də bu necə İslamdır, bu hansı İslama sığır, İslam qanunlarına ziddir kimi sözlər deyir. İslam dərdi çəkən adam birincisi Şahin Ağayevin üzünə tüpürməli idi, o zaman bilərdik ki, Allahşükür müəllim İslam dərdi çəkir. Mirşahinə utanmadan müsahibə verir, müsahibəsində isə öz ərazilərində hərbi manevrlər keçirən İranın haqqında deyir ki, bu İslama ziddir. halbuki Allahşükür Paşazadənin heç zaman İslam dərdi çəkməməsi hamıya bəllidir. Çünki o İslam dərdi çəksəydi sionistlərin tırkasına gedib şiə dövləti əleyhinə danışmazdı. Özü də gözəl bilir ki, İranın başqa dövlətlər və onların əraziləri ilə işi yoxdur. Amma öz dövləti, 80 milyonluq xalqı üçün sionistlərin at oynatdığı Azərbaycandan belə təhlükə olsa tədbirini görür. Paşazadə İslam dərdi çəksəydi bir dəfə Azərbaycan hakimiyyətinə sionist İsrail rejiminin qulu olmamasına dair çağırış edərdi. Allahşükür müəllim heç şiə dərdi də çəkən deyil. Halbuki müsahibəsində şiə dövləti olan İranın güya Azərbaycan şiələrinə hörmətsizlik etməsindən dəm vurur. İran doğrudan da nə etməli idi? İran hakimiyyətinin Azərbaycan şiələrinə verdiyi xeyirləri saymaqla bitməz. Qarabağ müharibəsində Hikmət Hacıyevin və başqa siyasilərimizin etiraf etdikləri kimi İranın Azərbaycana hərbi, sosial yardımlar etməsi bir yana qalsın, sizin kimi KQB "mollalarının" ucbatından İslam dininin abrı getdiyi bir vaxtlarda İran minlərlə azərbaycanlıya öz ölkəsində savad verib Azərbaycanda dini yaydı. Minlərlə kitab tərcümə edilib vətəndaşların xidmətinə verilibsə İranın yetişdirdiyi ruhanilər tərəfindən edilib. Daha sonra Allahşükür müəllim deyir ki, qardaşımız bizi ermənilərə satıb. Görəsən niyə özlərinin qardaşlarını yəni İranı İsrailə satmasından danışmır. Bundan danışanda deyəcəklər ki, bu siyasətdir, Azərbaycan müstəqil siyasət aparan ölkədir və istənilən ölkə ilə əlaqələr qura bilər. Azərbaycan xalqına xəyanətə gəlincə, görəsən xalqın hakimiyyət tərəfindən məhv edildiyi, qazilərin özlərini yandırdıqları, işsizliyin ölkədə baş alıb getdiyi, ruhanilərin həbs edildiyi, min cür şərəfsizliyin ölkədə dəbdə olduğu bir vaxtda Allahşükür bəyin ağzına su alıb susması, bütün bunlara bais olanları tərifləməsi Azərbaycan xalqına xəyanət deyilmi? Heç bir xalqın gözündə dəyərə sahib olmayan bir idarədə rəhbərlik məqamını itirməməkdən ötrü bunca zülmlərə susmaq görəsən Azərbaycan xalqına xəyanət deyilmi?"