Döyüşçülər məyusluq içərisindədirlər
Azrbaycanda Vətən müharibəsi iştirakçısı özünü öldürdü
Noy 03, 2022 13:46 Asia/Baku
Azrbaycanda Vətən müharibəsi iştirakçısı özünü öldürüb.
SəhərAzəri-nin məlumatına əsasən, Bakıda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Xocəsən qəsəbəsində qeydə alınıb.
Laçın rayonundan olan məcburi köçkün, 24 yaşlı Atabala Xalid oğlu Hümbətov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi maddi çətinliklərə tab gətirə bilməməsi olub.
Qeyd edək ki, Atabala Hümbətov Vətən müharibəsi iştirakçısıdır. O, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
44 günlük müharibənin başa çatmasından bəri 45 qazi və veteran ölkədə intihar edib.