MBH bəyanat yaydı
Qurum birmənalı olaraq zorakılığı rədd edir
Müsəlman Birliyi Hərəkatı Dövlət Təhlükəsizlik Xidmətinin 19 inanclının həbsi ilə bağlı yaydığı video reportajda hərəkatın adının hallanmasına etirazını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, hərəkat həbs olunan inanclıların güya hərəkat üzvülərindən olması fikirinə etiraz bildirərək öz bəyanatında qeyd edib: “Bu günlər Dövlət Təhlükəsizlik Xidmətinin növbəti əməliyyatı olaraq 19 nəfər inanclının saxlanılması ilə bağlı məlumatlar yayıldı. Hadisədə qəribə və təəssüf doğuran məqam onun ünvan olaraq Müsəlman Birliyi Hərəkatının üzvüləri ilə əlaqələndirilməyə çalışılmasıdır.
Biz, Müsəlman Birliyi Hərəkatı olaraq bu oyunlara vasitə edilməyə çalışılan adımızın hallandırılmasını növbəti avantüra hesab edirik. Bütün dövlət orqanları MBH-nin mübarizəsinin illərdir ki, sivil, qanun çərçivəsində olduğunu görür. Bu, Hərəkatn nizamnaməsində də öz əksini tapmışdır”.
Bəyanatda sonra qeyd olunur: “Üç ay öncə DTX-nın hərəkat üzvlərinə qarşı fiziki zor, hətta cinsi təcavüzü fonunda Hərəkatın mövqeyi birmənalı olaraq zorakılığı rədd etdiyi halda, planlı həbsləri bizim adımızla hallandırmaq idarənin öz əməlinə don geyindirməkdən başqa bir şey deyil. MBH həmişə mübarizəsini qanun çərçivəsində quraraq açıq fikir nümayişindən çəkinməyib və bu gün də qeyd olunan prinsipi rəhbər tutaraq bu işdə adının hallanmasını qəti şəkildə rədd edir”.
Müsəlman Birliyi Hərəkatı son hadisələrdə adının hallandırılmasına qəti etirazımızı bildirib və bəyanatında bildirib ki, DTX-nın öz addımına hüquqi və siyasi çalar verməsi üçün MBH-nın ünvan olaraq göstərilməsi acizlik və ictimai-siyasi baxımdan yanlış təhlilin aparılması kimi qiymətləndirilir.