İlham Əliyevi təhrik edən tərəf bəlli oldu
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays son vaxtlar Azərbaycan Respublikası prezidenti İlham Əliyevin İrana qarşı müdaxiləçi bəyanatlarının arxasında ABŞ-ın olduğunu etiraf edib.
Ned Prays deyib: “ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu bu həftənin əvvəlində görmək imkanı olub. İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik”.
Ermənistan-Azərbaycan Qarabağ münaqişəsində həmişə Ermənistanın tərəfində duran, Qarabağ ermənilərinə maliyyə yardımı ayıran, separatçı ermənilərə siyasi dəstək verən, Azərbaycan Respublikasına qarşı Ermənistanla münaqişə yaşadığına görə 907-ci düzəliş vasitəsi iliə sanksiya tətbiq edən, 2-ci qarabağ müharibəsindən sonra da Ermənistanın mövqeyini gücləndirməklə Qarabağ ermənilərinə status müəyyənləşdirməyə çalışa ABŞ-ın Dövlət Departamentinin sözçüsü Ned Prays sonra belə deyib.
“Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın regionda, eləcə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı səylərimizi davam etdirəcəyik”.
ABŞ-ın dırnaq arası səylərinin isə, “parçala hökm sür” prinsipinə sövkəndiyi tamamiylə göz qabağındadır.