Noy 11, 2022 16:58 Asia/Baku
  • İran səfiri Azərbaycan XİN-ə çağırılıb

Bu gün İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə  XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

Azərbaycan Respublikası XİN rəsmi internet səhifəsində yer alan məlumata görə, görüşdə, İran mediasında Azərbaycan Respublikası əleyhinə təbliğat aparıldığı, İran rərmilərinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan ritorikaları ilə bağlı narazılıq və narahatlıq ifadə edilib.

Məlumata görə Azərbaycan Respublikası tərəfindən beynəlxalq axtarışa verilmiş bu ölkə vətəndaşlarının təhvil verilməsinin zəruriliyi vurğulanıb.

Həmçinin bəzi simaların İran səfirliklərində qəbul edilməsinin qeyri-dost addım olduğu bildirilib.

İranda Azərbaycana qarşı məlumatların yayımlanmasına son verilməsinin gözlənildiyi vurğulanıb.

Qeyd edək ki, dünən gecə Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə XİN-ə çağırılaraq eyni mövzularda İranın rəsmi Bakııya etirazı onun diqqətinə çatdırılmışdır.

 

 

Teqlər