Noy 12, 2022 13:06 Asia/Baku
  • İrəvan faktları təhrif edir

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Bakının Laçın dəhlizinin qarşısını almaq cəhdi ilə bağlı dediklərini rədd edib və bunu faktların təhrif edilməsi kimi qiymətləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda Ermənistan Laçın dəhlizindən hərbi istifadə etməkdə və hətta 2021-ci ildə istehsal olunmuş minalardan Azərbaycan Respublikasına qarşı faydalanmaqda günahlandırılıb və Ermənistandan istənilib ki, Laçın dəhlizinə bənzər dəhlizin açılması ilə bağlı 10 noyabr 2020-ci il öhdəliyinə əməl etsin. Qeyd olunur ki, qonşu dövlət Azərbaycan Respublikasını Naxçıvana birləşdirmək üçün Zəngəzur Dəhlizinin açılmasını işləmir!

Təhlilçilər hesab edirlər ki, Bakı və İrəvan xarici güclərdən asılı olduqları üçün müstəqil qərar verə bilmirlər və 2020-ci ildə Qarabağ müharibəsindən sonra iki tərəf arasında yeni ərazi və siyasi mübahisələrin yaranması da Bakının NATO-nun Turan Dəhlizini yaratmaq səylərinin nəticəsidir. Bakının “Zəngəzur dəhlizi” adlandırdığı dəhliz planı əslində region ölkələri arasında parçalanma yaratmaq üçün ingilis-amerikan-israil planıdır. Bakı ikinci Qarabağ müharibəsində qələbə eyforiyası ilə Ermənistanın cənubunu nəqliyyat dəhlizi bəhanəsi ilə işğal etmək istədi, ancaq İranın maneələri və Ermənistanın müqaviməti nəticəsində bu istəyə nail ola bilmədi.

 

 

Teqlər