İranlı ekspert Zəngəzur dəhlizinin olmayacağına eyham vurdu
Ehsan Müvəhhidiyan: Turan dəhlizinin qarşısını biz alırıq!
İranlı ekspert bildirib ki, Zəngəzur dəhlizi və yaxud Turan dəhlizinin reallaşma imkanları zəifdir.
SəhərAzəri-nin məlumatına əsasən, Ehsan Müvəhhidiyan Tehrandakı Çağdaş Dünya Müəssisəsində keçirilən dəyirmi masada deyib: “Ermənistan və İran arasında iqtisadi, hərbi və kəşfiyyat sahələrində əməkdaşlığın artması Türkiyə, Azərbaycan, İsrail və Britaniyanın Zəngəzur dəhlizi, bizim təbirimizcə desək, Turan dəhlizinin yaranması imkanlarını aşağı salır”.
Ermənistanla İran arasında hərbi və ya siyasi ittifaq yaranması ehtimalı haqda danışan ekspert həmçinin qeyd edib ki, Tehran İrəvanla istənilən əməkdaşlığı alqışlayır, ancaq Ermənistan müstəqil ölkədir, bu qərarı özü verməlidir.
Onun fikrincə, birgə hərbi təlimlərin keçirilməsi və İranın hərbi təcrübəsinin Ermənistana ötürülməsi Tehran üçün arzulanan variantdır.