Noy 14, 2022 11:01 Asia/Baku
  • DTX-nin oyunu: İnanclılar növbəti dəfə şərləndi

DTX-nin casus oyunu davam edir: Vətəndaşlar şərlənərək dövlətə xəyanətdə ittiham olunurlar.

SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyevin kəşfiyyat xidməti Azərbaycan vətəndaşlarını qorxutmaq məqsədilə iddia edib ki, guya İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.

Qeyd olunur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iddiasında bildirilib ki, İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saxta iddiaya əsasən, həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilmişdir. O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkədə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplamışdır. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət etmişdir.

Qarayaxma sənədində Rəsulov Elnur Akif oğlu, Ağazadə Bəxtiyar Rafiq oğlu və Cəfərzadə Mirhafiz Mirisaq oğlu da qonşu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunurlar.

Yeri gəlmişkən bildirək ki, Şahçıraqda bəş vermis məlum terror aktına görə özünü təmizə çıxarmaq üçün çabalayan DTX İranla əlaqədə olduqları iddia olunan müsəlman gənclərin ovuna çıxıb.

Teqlər