Polis Müsavatın İran səfirliyinin qarşısındakı aksiyasını dağıdıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i395069-polis_müsavatın_İran_səfirliyinin_qarşısındakı_aksiyasını_dağıdıb
Polis Müsavat Partiyasının fəallarının bu gün İranın Bakıdakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirmək cəhdinin qarşısını alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2022 14:34 Asia/Baku
  • Polis Müsavatın İran səfirliyinin qarşısındakı aksiyasını dağıdıb

Polis Müsavat Partiyasının fəallarının bu gün İranın Bakıdakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirmək cəhdinin qarşısını alıb.

SəhərAzəri-nin məlumatına əsasən, aksiya guya İranda dinc etirazların yatırılmasına, guya bu ölkədəki etnik azərbaycanlıların milli və mədəni hüquqlarının pozulmasına, habelə son zamanlar guya Tehran tərəfindən Azərbaycan Respublikasının suverenliyinə qarşı təhdidlərin artmasına etiraz əlaməti olaraq keçirilirib.

Qeyd olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya razılıq verməyib. Bununla belə, partiya nümayiş keçirmək qərarı qəbul edib.

Bu məlumata əsasən onlarla insan, o cümlədən Müsavat Partiyasının sədri Arif Hacılı, partiyanın mətbuat katibi Mustafa Hacıbəyli və digər şəxslər saxlanılıb. 

Xatırladaq ki, tayfa rejiminin İran əleyhinə qara-piar kampaniyası başlaması fonunda iqtidar və müxalifət bu məsələdə yarışa çıxıblar.