İran səfiri Azərbaycan XİN-in sözçüsü ilə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i395278-İran_səfiri_azərbaycan_xİn_in_sözçüsü_ilə_görüşüb
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi arasında görüş keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2022 07:15 Asia/Baku
  • İran səfiri Azərbaycan XİN-in sözçüsü ilə görüşüb

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi arasında görüş keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə İran səfirliyi Teleqramda məlumat yayıb.

Qeyd olunub ki, görüşdə ikitərəfli münasibətlərdəki son hadisələr nəzərdən keçirilib, eyni zamanda ikitərəfli, regional və beynəlxalq məsələlərdə iki ölkənin mövqeləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə media sahəsində əməkdaşlıq və iki ölkə arasında jurnalist nümayəndə heyətlərinin mübadiləsi məsələsinə toxunulub.