Noy 26, 2022 21:18 Asia/Baku
  • Azərbaycan ordusu Qarabağdan hədəfə alınıb

Qarabağdakı silahlı ermənilər Azərbaycan Ordusunun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutub.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yer alan məlumatda deyilir ki, şənbə günü saat 09:25-dən 10:10-dək Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycanın Qarabağ ərazisindən Azərbaycan Ordusunun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Son günlər Qarabağdakı silahlı ermənilər tərəfindən bu kimi hücumların sayı artıb. Bununla əlaqədar Azərbaycan Respublikası rəsmi şəkildə Rusiyaya etirazını bildirməyib.

Teqlər