Dek 10, 2022 13:36 Asia/Baku
  • Əliyevin qurduğu sistem bərbaddır – Aktual şərh

İlham Əliyevin noyabrın 25-də İran azərilərinə resept yazaraq qonşu ölkənin daxili işlərinə qarışması Azərbaycan Respublikasının müxalf siyasətçiləri tərəfindən kəskin tənqid olunmaqdadır.

SəhərAzəri-nin məlumatına əsasən, ailə rejiminin başçısı ADA universitətində keçirilən beynəlxalq konfransda demişdi: “Biz həyat tərzimizin, azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

Bu açıqlamaya Azərbaycan ictimaiyyəti və bəzi siyasətçilərin reaksiyası bundan ibarətdir ki, özünə umac ova bilməyən başqasına əriştə kəsməməlidir.

Onların qənaətincə Əliyev ölkəni acınacaqlı vəziyyətə saldığına, demokratik sistem qurmaq yerinə avtoritar və totalitar sistem quraraq ölkəni öz fərmanları ilə idarə etdiyinə və repressiv mühit yaratdığına, eyni zamanda zəngin ölkənin əhalisini səfalətə saldığına xatir, onun xaricdəki azərilərin həyatından danışmağa ən azı mənəvi haqqı yoxdur.

Bununla əlaqədar keçmiş millət vəkili Gültəkin Hacıbəyli Azərbaycan Respublikasının acı reallıqlarını belə təsvir edir: “Hakimiyyət oğrudur, korrupsionerdir, yarıtmazdır, bunu bilməyən yoxdur. Ölkədə qiymətlər od tutub yanır, millət işsizdir. Bu ölkədə hamı hər şeyi bilir. Xalqa edilən zülmü də, yüz milyardlarla dövlət vəsaitinin oğurlanıb ofşorlara daşınmasını da, London, Dubay mülklərini də, Kürü Diplomatiyası ifşalarını da”.

Tanınmış jurnalist Nahid Cəfərov isə mövcud rejimin sadə bir məsələni – rüşvətxorluğu həll etməkdən aciz qaldığını vurğulayır. 

“Rüşvət təhsil sistemini çökdürüb, rüşvətlə savadsız polis, hakim, memar və müəllim yetişdirirlər. Rüşvət məhkəmələri çökdürərək, ölkəyə gələn investisiyanın qarşısını alır və nəticədə dolanışıq, stres, xoşbəxtlik meyarları dəyişir. Rüşvət cəmiyyətdə axmaq və ləyaqətsizləri yuxarı çıxardır. Bütün bunları görüb, ölkədən qaça bilən ağıllılar ölkədən qaçır, qaça bilməyənlər isə dolanış üçün əziyyət çəkir, çox zaman da sağ qalmaq üçün istənilən vasitələrə əl atırlar. Ölkə elə bir hala gələcək ki, orada böyük əksəriyyəti xəstə, narkoman, cahil və cinayətkar olacaq. Bu da həmin toplum tərəfindən İlham Əliyevin avtoritar idarəetməsinə haqq qazandıracaq”, - yazır jurnalist Nahid Cəfərov.

 

Teqlər