Dek 10, 2022 13:40 Asia/Baku
  • “MBH-yə qarşı reperessiyalar hər gün artmaqdadır”

Müsəlman Birliyi Hərəkatı son hadisələrlə bağlı bəyanat yayıb.

SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda deyilir: “Hərəkata qarşı təxribatlar bu günlərdə daha da intensivləşib. Son iki həftədə baş verən hadisələr- 4 Hərəkat üzvünün narkotik ittihamı ilə şərlənərək həbs olunması bunu söyləməyə əsas verir ki, təxribatlar planlı şəkildə hazırlanır və davamlı olaraq da icra edilir. Cəzasızlıq mühiti, siyasi baxışların hədəfə alınması qarışıq bir zamanda vəziyyəti daha da gərginləşdirir. Hərəkatın lideri Tale Bağırzadəyə qarşı da hakimiyyət tərəfindən hər cür planlı təxribatın həyata keçirməsi istisna deyil”.

Bəyanat müəlliflərinin fikrincə, Tale Bağırzadənin təxribata çəkilməsinə etiraz olaraq onun aclığa başlaması bu günə qədər aclığın səbəbləri ilə maraqlanmayan yuxarı dairələrin bu təxribata maraqlı olmasına şübhələr üçün əsas verir.

 

 

Teqlər