Nigeriyada Tale Bağırzadəyə dəstək aksiyası keçirilib
Şeyx İbrahim Zəkzəkinin çağırışı ilə Nigeriya müsəlmanları Abuca şəhərində cümə namazından sonra Azərbaycanda zindan həyatı yaşayan Hacı Tale Bağırov və digər məhbus müsəlmanlar üçün həmrəylik nümayişi keçiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, "Tale Bağırova azadlıq" şüarları səsləndirən Nigeriya müsəlmanları “Şeyx İbrahim Zəkzakinin rəhbərliyi ilə Nigeriya İslam Hərəkatı, Hacı Tale Bağırov və digər məzlum azərbaycanlı qardaşlarımızın yanındadır” yazılı plakatlar qaldırıblar.
“Azərbaycan Məhbuslarla Həmrəylik Komitəsi” Şeyx İbrahim Zəkzaki və Nigeriya İslam Hərəkatına göstərdikləri şərəfli dəstəyə görə təşəkkürünü bildirib. Burada onu da əlavə edək ki, Azərbaycan Məhbuslarla Həmrəylik Komitəsi ilə Nigeriya İslami Hərəkatı arasında əlaqə və koordinasiya Şeyx İbrahim Zəkzəkinin həyat yoldaşı tərəfindən həyata keçirilib. Beləliklə, altı oğlunu İslam yolunda şəhid edən, həyat yoldaşı ilə birlikdə illərlə həbsxanada qalan çalışqan və fədakar ana Afrika qitəsindən bütün dünyaya həqiqət yolunun necə getməsi ilə bağlı ən gözəl dərsi vermiş oldu.