Dek 12, 2022 19:12 Asia/Baku
  • Azərbaycan Rusiyaya nota verdi

Dekabrın 11-də Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda sülhməramlıların hərəkətlərinə görə Rusiyaya nota göndərib.

SəhərAzəri-nin məlumatına əsasən, Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu haqda  bildirib ki, Azərbaycan dəfələrlə sülhməramlıların komandanlığını sülhməramlıların nəzarətində olan Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarının qarşısını almağa çağırıb, lakin çox vaxt bu müraciətlər cavabsız qalıb.

Onun sözlərinə görə, dekabrın 3-də Azərbaycanın dövlət strukturlarının nümayəndələri ilə sülhməramlılar komandanlığı arasında təbii sərvətlərin işləndiyi mədənlərdə monitorinqin aparılması qaydasının müəyyən edilməsi məqsədilə danışıqlar aparılıb. Buna baxmayaraq, azərbaycanlı mütəxəssislərin dekabrın 10-da qanunsuz hasilat aparılan ərazilərin olduğu iki şaxtaya baş çəkmək cəhdinin qarşısı alınıb. Bu vəziyyətlə əlaqədar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya tərəfinə müvafiq nota təqdim edib. Belə səfərlərə maneçilik törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb.     

XİN sözçüsü bildirib ki, Azərbaycan ərazilərinin bir hissəsində 10 noyabr 2020-ci il Üçtərəfli bəyanata uyğun olaraq yerləşmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb.

 

Teqlər