DTX Vasif Talıbovun oğlunu araşdırır
Seymur Talıbov Naxçıvan Dövlət Universitetindəki vəzifəsini itirib?
Vasif Talıbovovun oğlu barədə qərar qəbul edildiyi bildirilir.
SəhərAzəri-nin məlumatına əsasən, bu haqda "Gündəlik Naxçıvan"a Naxçıvan Dövlət Universitetindəki mənbələr məlumat verib. O, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğludur. Universitet müəllimlərinin dediyinə görə, Naxçıvanda yoxlamalar başlayandan bəri, Seymur Talıbov universitetdə görünməyib. Dekabrın 8-də isə, ərizə yazaraq, vəzifəsindən istefa verib.
Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Dövlət Universitetində Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsində idi. O həm də qeyri-rəsmi olaraq, Universitetə də rəhbərlik edirdi.
İki həftədən artıqdır ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) Naxçıvandakı dövlət orqanları və özəl müəssisələrdə yoxlamalar aparır. Bu yoxlamalar haqda ictimaiyyətə geniş rəsmi məlumat verilmir.