Dek 12, 2022 20:13 Asia/Baku
  • Azərbaycanlı ekoaktivistlər Laçın dəhlizini bağlayıb

Dekabrın 12-də səhər tezdən onlarla azərbaycanlı fəal Şuşa şəhəri yaxınlığındakı sülhməramlıların postunun qarşısında Laçın dəhlizinin bağlayıb. Ermənistanla Qarabağ arasında nəqliyyatın hərəkəti dayandırılıb.

SəhərAzəri-nin məlumatına əsasən, Aksiya  qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən həyata keçirilir, onlar  sülhməramlı qüvvələrin komandanı general Volkovun onların yanına gəlməsini tələb.

Fəallar əllərində sülhməramlıların hərəkətsizliyini pisləyən plakatlar tutublar. Çünki dekabrın 10-da onlar Agdərədə azərbaycanlı ekoloqlarının mədənlərdə monitorinq keçirmələrini  təmin etməyiblər. Etirazçılar “Volkova ar olsun!” şüarları səsləndirirlər. Postda dayanan Rusiya sülhməramlılarına dəstək üçün əraziyə əlavə silahlı qüvvələr gəlib.

Son məlumata görə, fəallar Laçın yolunda çadırlar qurublar.

Bu, dekabrın 3-dən sonra azərbaycanlıların yolu bağlaması ilə bağlı ikinci haldır.

Keçən dəfə sülhməramlı qüvvələrin komandanı general Volkovun Azərbaycanın dövlət orqanlarının nümayəndələrinə mədənlərin  monitorinqini təmin edəcəyi barədə vəd verməsindən  sonra yol açılmışdır. Lakin dekabrın 10-da  ermənilər azərbaycanlı mütəxəssisləri Agdərədəki mədənlərə butaxmayıb və sülhməramlılar buna müdaxilə etməyib.

 

 

Teqlər