Dek 13, 2022 17:41 Asia/Baku
  • Ailə rejimi onu müqəddəsləşdirməyə çalışır

Azərbaycana hakim kəsilmiş rejim Heydər Əliyev haqqında danışmağı özünün qırmızı xətti hesab etsə də, artıq “ümummilli lideri”in keçmiş tərcümeyi-halı mətbuata sızmaqdadır.

SəhərAzəri-nin məlumatına əsasən, Müxalifətin Milli Şurasının sədri Cəmil Həsənli öz araşdırmalarına istinad edərək bildirir ki, Heydər Əliyevin obyektiv tarixini yazmaq o qədər də mümkün deyil. Faktiki olaraq onun 26 illik Dövlət Təhlükəsizlik Komitəsində, 13 illik Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsindəki fəaliyyətini əks etdirən sənədlər tədqiqatçıların üzünə bağlıdır. Bu sənədlər Siyasi Sənədlər Arxivində son 10-15 ildir ucdantutma qapalı fondlarda saxlanılır, rəhbər partiya işçilərinin şəxsi işləri araşdırmaçılara verilmir. Rejim hansı sənəddə Heydər Əliyevin adı keçirsə onu qadağan olunmuş sənədlər siyahısına salır.

Cəmil Həsənli eks-prezidentin gənclik illərində İran azərilərini necə casusluğa cəlb etməyə çalışdığına diqqət çəkir: “Heydər Əliyev 26 il SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsində işləyib. Bütün bu müddət ərzində İran azərilərinin bəzilərindən agent və casus kimi istifadə edilməsində bilavasitə iştirak edib. Bunlar hamısı DTX-nin arxivində var və arxivdə həmin materiallar indi də gizli saxlanılır”.

Qeya olunur ki, hətta İran İslam İnqilabı dövründə Heydər Əliyevin Azərbaycan ziyalıları ilə görüşlər keçirməsi və orada “Cənubi Azərbaycan” ifadəsi işlətməsi tapşırığı belə Sovet rəhbərliyinin göstərişi idi. Hətta Tudənin bütün plenum və iclasları haqqında Moskvaya Heydər Əliyevin adına hesabatlar göndərilirdi” - deyə Cəmil Həsənli vurğulayır.

Müxalifətçi ziyalı mövcud sənədlər əsasında Heydər Əliyevin vaxtilə Azərbaycan dilinə qarşı olduğunu bildirir. “Heydər Əliyev 1978-ci ilin aprelində Mərkəzi Komitənin bürosunda konstitusiyaya ana dilinin dövlət dili kimi salınmasının qəti əleyhinə çıxış etdiyi halda, onu dövlət dilimizin keşikçisi adlandırırlar”, - yazır Milli Şuranın sədri.

Qəribədir ki, hazırda Heydər Əliyev irsinin onun oğlu tərəfindən ləyaqətlə qorunduğu təbliğ edilir. Halbuki Tərtər işi indiki hakim rejimin terrorçu mahiyyətini göstərmək üçün yalnız bir epizoddur.

Həmin işə əsasən, Azərbaycanın hüquq-mühafizə orqanları 2017-ci ildə Ermənistanın xeyrinə casusluqda ittiham olunan günahsız hərbçiləri olmazın işgəncələrə məruz qoymuşlar.  Hüquq müdafiəçiləri 100-dən çox insana işgəncə verildiyini bildirirlər. Onlar işgəncə altında 11 nəfərin öldüyünü deyirlər.

Həm işgəncələrə məruz qalmış hərbçilər, həm də onların ailə üzvləri bildiriblər ki, o vaxt saxlananları soyundurublar, çubuqla döyüblər, dırnaqlarını çıxarıblar, yara yerlərinə elektrik cərəyanı buraxıblar, pəncərədən atıblar. Bax budur İlham Əliyev rehiminin həqiqi siması.

 

 

Teqlər