Dek 20, 2022 18:41 Asia/Baku
  •  Vasif Talıbov “Zəngəzur dəhlizi”nin yaradılmasına qarşı olub

Vasif Talıbovun devrilməsi kampaniyasının başlanmasında mühüm rol oynamış jurnalist Heydər Oğuz Naxçıvan xanının hansı səbəbdən İlham Əliyevin qəzəbinə tuş gəlməsinin mümkün səbəbini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Heydər Oğuz YouTube Press Club kanalında bildirib ki, Vasif Talıbovun Naxçıvan hökumətindən uzaqlaşdırılması üçün tayfa hökumətinin hərəkətə keçməsinin səbəblərindən biri də Talıbovun “Zəngəzur dəhlizi” adından istifadə etməməsi olub. Azərbaycan Cümhuriyyətinin əsas hissəsi ilə quru əlaqə üçün Nsxçıvan xanını ancaq İran yolu maraqlandırıb və o, ancaq İran yolundan danışıb!!

Bəzi mənbələr bildirirlər ki, Vasif Talıbov Naxçıvanın quru əlaqəsinin Ermənistan üzərindən həyata keçirilməsinin fəsadları barədə xəbərdarlıq edib, Azərbaycan Respublikasının asılı vəziyyətə düşəcəyini mərkəzi hökumətin diqqətinə çatdırıb.

İddiaya əsasən, Talıbovun məruzəsində xəbərdarlıq edilir ki, Naxçıvanın Azərbaycan Respublikası ilə quru əlaqəsi “Zəngəzur dəhlizi” adlanan erməni marşrutundan asılı vəziyyətə düşərsə və Türkiyənin bu marşrut və Naxçıvan üzərində hökmranlığı təmin olunarsa, Naxçıvanın Azərbaycan Respublikası tərkibində mövcudluğu təhlükə altına düşəcək və Naxçıvanın Türkiyəyə birləşdirilməsi üçün lazımi zəmin yaranacaqdır!

Qeyd olunur ki, Vasif Talıbovun bu xəbərdarlığı İlham Əliyev tərəfindən heç də xoş qarşılanmayıb və bu səbəbdən Naxçıvanda hakimiyyətin Vasif Talıbovun nəzarətində olan Naxçıvan tayfasından Mehriban Əliyevanın mənsub olduğu Paşayevlər tayfasına verilməsi planı irəli sürülüb.

 

 

Teqlər