Azərbaycan səfirliyinin iki əməkdaşının müalicəsi davam etdirilir
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı yaralanan Vasif Tağıyev Tehranın “Təcriş şəhidlər Xəstəxanası"nda çənə və çiyin nahiyyəsindən əməliyyat edilib.
SəhərAzəri-nin məlumatına əsasən, Tehranın “Təcriş şəhidləri” xəstəxanasının baş həkimi Şəhram Ələmdari Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən silahlı hücum zamanı yaralanmış iki səfirlik əməkdaşının müalicəsi barədə deyib: “Bütün məşhur cərrahlar, çənə və üz cərrahları, cərrahiyyə otağının ən məşhur mütəxəssisləri əməliyyata cəlb olundu və əzizlərimizə ən yüksək səviyyədə müalicə xidmətləri təqdim etdik.”
Tehranın “Təcriş şəhidləri” xəstəxanasının baş həkiminin dediyinə görə, yaralılar üzərində lazımı cərrahiyyə əməliyyatları həyata keçirilib və onların vəziyyəti yaxşıdır.
Şəhram Ələmdari Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirərkən xəsarət alan Vasif Tağıyev üzərində cərrahiyyə əməliyyaları barədə deyib: “ Mərmi çiyinindən çıxarılıb və çiyin nahiyyəsində əməliyyat uğurla həyata keçirilib. Çənə nahiyyəsində isə zədələnmə çox olduğundan əməliyyat uzun çəkdi və uğurla nəticələndi”
Şəhram Ələmdarinin bildirdiyinə görə, hadisədə yaralanan Ayxan Hacızadə üzərində isə ortopedik əməliyyat həyata keçirilib və onun da vəziyyəti yaxşıdır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə də V.Tağıyevin əməliyyat olunduğunu təsdiqləyib:
O, bildirib ki, əməliyyat olunan yaralımızın vəziyyəti yaxşıdır.
Bakı mediyası Vasif Tağıyevin anasına istinadən də onun uğurlu əməliyyatı barədə məlumat yayıblar: "Vasif axşam əməliyyat olunub. Bizə məlumatı dostu verir. Çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım cəkib",- Vasif Tağıyevin anası deyib.