Bakı Tehranla münasibətləri pozmaq səylərini artırır
Əliyevin düşünülməmiş addımları nəyə gətirib çıxara bilər? – Aktual şərh
Azərbaycan Respublikası rəsmiləri anti-İran mövqelərini artırmaq yolunu tutublar.
SəhərAzəri-nin məlumatına əsasən, İran Milli Təhlükəsizlik Şurasına yaxın Nur-Nyus portalının yeni tvitində yazırlır: Əgər Azərbaycan hökuməti, arvadının qaçaq yolla bu ölkəyə aparıldığı və Bakının bu məsələyə aydınlıq gətirmədiyi şəxsin ağılsız hərəkətini terror aktı hesab edirsə, o zaman İrana Azərbaycan pasportu ilə daxil olaraq Şahçırağ ziyarətgahında zəvvarların şəhid edilməsi cinayətinə görə cavabı nədir!?
İranın bu iradları hələ ki cavabsız qalır. Və rəsmi Bakı qaranlıq məqamlara aydınlıq gətirmək yerinə Tehrandakı səfirliyinin fəaliyyətini dayandırdı. Azərbaycan səfirliyinin bağlanmasına oxşar addım 2007-ci ildə Avropa dövlətləri tərəfindən həyata keçirilmişdi. Avropa İttifaqına üzv ölkələr ABŞ-ın təzyiqi ilə 2007-ci ildə Tehrandakı səfirliklərini bağladılar. Amma onların bu hərəkəti konkret nəticə vermədikdə, bir neçə ay sonra heç bir konkret səbəb göstərmədən səfirlərini Tehrana geri qaytardılar.
Bu arada görünən odur ki, Azərbaycan Respublikasının Tehrandakı səfirinin qayıdışı Qərb səfirlərinin qayıtmasından bir qədər fərqli olacaq. Bu yaxınlarda baş vermiş faciəvi hadisəyə nəzər salaraq qeyd edək ki, ötən cümə günü silahlı şəxs ailə-məişət zəminində Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edib. Bu hücumda səfirliyin əməkdaşlarından biri həlak olub, ikisi isə yaralanıb. Hadisədən dərhal sonra İran İslam Respublikasının hakimiyyət orqanları Azərbaycan Respublikasının hakimiyyət orqanları ilə əlaqə saxlayıb və Azərbaycan tərəfini hücumun terror xarakterli olmadığına və tam araşdırma aparılacağına əmin ediblər. Rəsmi Bakı isə 27 yanvar hadisəsinin terror aktı olmasına dəlalət edən faktları göstərməkdə çətinlik çəkir və hazırda sadəcə olaraq sionistlərdən məsləhət alaraq anti-İran mövqeyini davam etdirir, lakin bunların Bakıya hansısa divident qazandıracağı mümkün deyil. Çünki İran tərəfi hadisə ilə əlaqədar bütün adekvat tədbirləri görüb və şəffaf təhqiqat cərəyan edir. Ona görə də emosiyaya qapılmış Əliyev hakimiyyəti bir müddət sonra Azərbaycan səfirliyinin adi iş rejiminə qayıtarılmasına məcburdur, əlbəttə özünü sionistlərin tələsindən xilas edə bilərsə.