Fev 10, 2023 19:02 Asia/Baku
  • İran Milli Təhlükəsizlik Ali Şurasının mediası Bakının iddiasına cavab verib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin Tehranın Azərbaycan Respublikası səfirliyinə son silahlı hücum macərasındakı fəaliyyətində tələskənlikdən çəkinəcəyini bildirməsilə bir zamanda bir Bakı rəsmisi bir daha deyibdir ki, həmin hücum terror aktı olub, öncədən planlaşdırılıbmış.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin başçısı Ayxan Hacızadə ötən bazar ertəsi günü Bakıda keçirdiyi mətbuat konfransında deyib ki; İran polisi səfirliyimizə qarşı terror hücumunun qarşısını almaq üçün heç bir addım atmayıbdır.

İran İslam Respublikası rəsmilərinin hücumçunun şəxsi məqsədə malik olması haqda ard-arda izahat vermələrinə rəğmən, Ayxan Hacızadə deyib: Silah və yandırıcı butılka ilə təchiz olunmuş terrorçu öncə səfirliyə atəş açdı, səfirliyin şüşəsini sındırdı, sonra isə səfirliyin avtomobilni yandırdı. Sonradan naməlum bir şəxs də terrorçunun avtomobilinə doğru gəlib, oradan bəzi şeylər götürdü. Bütün bu həqiqətlər göstərir ki, bir terror aktından söz gedir.

İran Milli Təhlükəsizlik Ali Şurasının mediası olan “Nur Nyus” bu sözlərə cavab olaraq yazıb: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin başçısı deyib ki, Azərbaycanın İrandakı səfirliyinə hücum öncəki plan əsasında həyata keçirilib. Halbuki Bakı Tehranın bu hadisə ətrafında təhqiqatda iştiraka dair təklifinə müsbət cavab vermədi və bütün faktlar hücumçunun niyyətinin şəxsi zəmində olduğundan söz açır və bu kimi yanaşma məqsədyönlü mühakimə yürütmə şübhəsini gücləndirir

 

Teqlər