Bakıda İran İslam İnqilabının qələbəsinin ildönümü qeyd edilib
Bakıda İranın İslam İnqilabının şanlı qələbəsinin 44-cü ildönümü münasibətilə mərasim keçirilib
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri bu mərasimdə çıxışında deyib: Azadlıq və müstəqillik İran xalqının öz inqilabının əldə etdiyi qiymətli dəyərlərdir.Bu gün İran İslam Respublikası fəxr edir ki, milli mənafei ilə bağlı qərarlarında heç bir kənar güclərdən asılılığı yoxdur.
Seyid Abbas Musəvi sözünə davam edərək deyib: İranın qüdrəti öz daxili gücü hesabınadır və xalqın dəstəyi ilədir. Öz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün heç bir hərbi alyansa qoşulmağa ehtiyacı yoxdur. Hərbi alyanslar yalnız böyük dövlətlərin maraqlarına xidmət edən sistemlərdir.
İranın Bakıdakı səfiri həmçinin deyib: İran İslam Respublikası regionun və dünyanın sabitlik və təhlükəsizliyinin təmin edilməsində misilsiz rol oynayır və mübariz qəhrəmanlarının fədakarlığı bahasına terrorizm, ekstremizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi cinayətlərin qarşısını alaraq bu yolda ağır bədəl ödəyib.
Daha sonar Musəvi deyib: azadlıq, müstəqillik və təhlükəsizlik kimi dəyərli sərvətlərin öz qiyməti var və general-leytenant Hacı Qasım Süleymani bu dəyərləri qorumaq uğrunda ilk və son qurbanımız olmayacaq.