Fev 23, 2023 17:50 Asia/Baku
  • Ailə rejimi
    Ailə rejimi

Əliyev sanksiyalardan yan keçməkdə Rusiyaya kömək edir. Rusiya neftini Azərbaycan vasitəsilə daşımaqda şübhəli bilinən gəmi saxlanılıb.

SəhərAzəri-nin məlumatına əsasən, Albaniyanın Durres şəhərində saxlanılan gəmidən 22 500 ton neft müsadirə edilib.

Albaniya hüquq-mühafizə orqanları fevralın 20-də sahilyanı Durres şəhərində Liberiyada qeydiyyatdan keçmiş və Rusiya neftini daşımaqda şübhəli bilinən gəmini saxlayıb.

Bildirilir ki, əməliyyat zamanı gəminin 22 nəfərlik ekipajı saxlanılıb.

Əməliyyat zamanı müsadirə edilən 22 500 ton neftin bazar dəyəri 40 milyon avrodan çoxdur.

Albaniya polisi bildirib ki, gəmi səyahətə Azərbaycandan başlayıb və Yunanıstanın Kalamata şəhərində başqa bir gəmidən neftlə təmin olunduğunu iddia edib.

Albaniya hökuməti neftin Rusiyadan gəldiyini ehtimal edib.

Məlumata görə, gəminin heyəti isə Albaniya rəsmilərini neftin Rusiyadan gəlmədiyinə inandıra bilməyib.

Albaniya Qərbin və Avropa İttifaqının Ukraynaya hərbi müdaxiləsinə görə Rusiyaya tətbiq etdiyi sanksiyaları dəstəkləyir.

Xatırladaq ki, bir müddət əvvəl İlham Əliyev Münafiqlər qaragüruhuna sığınacaq vermis Albaniyada səfərdə olaraq, bu Avropa ölkəsi ilə əməkdaşlığın inkişafına təkid edib, lakin görünür Albaniyanın asılı bir rejimə malik olduğunu bəlkə də nəzərə almayıb. Belə ki, ABŞ-ın tapşırığı əsasında İranın cinayətkar müxalifəti hesab olunan terrorçulara ev sahibliyi edən Albaniya üçün Azərbaycan və ya Rusiyanın deyil, Amerikanın maraqlarını qorumaq prioritetdir.

Bununla da neft tankerinin saxlanması hadisəsi Əliyevin tayfa rejiminə məxsus xarici siyasətin çat verdiyini nümayiş etdirir. 

 

 

Teqlər