AŞPA həmməruzəçiləri Laçın dəhlizi ilə bağlı bəyanat yayıblar
https://azeri.sahartv.ir/news/azərbaycan-i397737-aŞpa_həmməruzəçiləri_laçın_dəhlizi_ilə_bağlı_bəyanat_yayıblar
Azərbaycandan təcili tədbirlər görməsi istənilir
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2023 09:43 Asia/Baku
  • Laçın dəhlizi
    Laçın dəhlizi

Azərbaycandan təcili tədbirlər görməsi istənilir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Ermənistan üzrə monitorinqinin həmməruzəçiləri Laçın dəhlizi ətrafındakı vəziyyətlə bağlı təcili tədbirlərə çağırıblar.

Həmməruzəçilərin bəyanatında deyilir: “Laçın dəhlizindəki vəziyyət təcili tədbir görülməsini tələb edir. Bu günə qədər Dağlıq Qarabağ sakinləri bölgəni sərbəst tərk edə bilmirlər. Bu dəhlizlə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlılarının avtomobillərinin hərəkətinə icazə verilir ki, bu da əhalinin tələbatını ödəməyə kifayət etmir”.

Həmməruzəçilər Ermənistanla Azərbaycan sərhədindəki vəziyyətə gəlincə, hər iki tərəfi sərhədin delimitasiyası ilə bağlı müzakirələri irəli aparmağa və etimadı artıran addım kimi qoşunların sərhəddən geri çəkilməsi ilə bağlı razılığa gəlməyə çağırıblar.