Qarabağ qazisi haqqın rəhmətinə qovuşdu
Səbuhi Səlimov məhkəmə iclasında vəfat edib
Azərbaycan Respublikasına hakim kəsilmiş qaragüruh ailə rejimi, öz zülmünü pik həddə çatdıırb. Zalım Əliyev rejimi Qarabağ qazilərini və dindarları yox etməklə, ateist sovet rejimini geridə qoyub.
SəhərAzəri-nin məlumatına əsasən, Bu qəddarlıq bütün vicdanlı insanların gözləri önündə baş verir. Belə ki, Qarabağ qazisi, inanclı insan Səbuhi Səlimov hakimiyyətin cinayətləri üzündən, həbsxanada həyatını itirib. Dindarlara qarşı bu cür cinayət ilk deyildir.
Qarabağ Qazisi Səbuhi Səlimov martın 2-də Bakı Apellyasiya Məhkəməsinin Apelliyasiya iclasında dünyasını dəyişib. Hakim Həsən Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasına etiraz edən Səlimov, bütün məhkəmə iclasını sifarişli adlandırıb. O, hakimiyyətin onu şərlədiyini deyərək öz narahatlığını etirazı ilə ifadə edib. Ötən gün dayandırıldığı deyilən 50-gündən artıq sürən aclığın səhhətində buraxdığı fəsadlar məhkəmə salonunda şiddətlənib. İlkin məlumata görə məhkəmə salonunda ürək tutması da bu səbəbdən baş verib. O, elə məhkəmə barmaqlıqları arasında da dünyasını dəyişib.Məhkəmənin barəsində çıxardığı qərara etiraz edən Səbuhi Səlimov iki aya yaxın bir zaman idi ki, aclıq aksiyasına başlamışdı. Onun vəziyyətində ağırlaşmalar səbəbindən bir müddət öncə inanclı, Pentensiar Xidmətin Müalicə Mərkəzinə köçürülmüşdü. Aclıq aksiyasına səbəbi isə o, vətənə xəyanət ittihamı ilə şərlənərək həbs edilməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin sifarişli hökmünü göstərirdi. Ötən gün səhhətində yaranan ciddi fəsadlar onu aclığı dayandırmağa məcbur etmişdi. Martın 2-də ikinci dəfə iştirak etdiyi Apelliyasiya məhkəməsində hakimin qərarı dəyişmədən qüvvədə saxlamasına əsəbləşməsi onun ölümü ilə sonuclanıb
Qeyd edək ki, Qarabağ qazisi, inanclı fəal Səbuhi Səlimov 2021-ci il oktyabrın 20-də DTX tərəfindən saxlanılıb və haqqında cinayət məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) həbs qərarı verilmişdi. Noyabrın 22-də Bakı Ağır Cinayətlər məhkəməsində Eldar İsmayılovun hakimliyi ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilmişdi. Səbuhi Səlimov Birinci Qarabağ müharibəsində könüllü olaraq ön cəbhədə döyüşmüş, İkinci Qarabağ müharibəsində isə arxa cəbhədə xidmət etmişdi.O, İsrail rejiminin Bakıdakı səfirliyinin qarşısında keçirilən aksiyalarda fəal iştirak etdiyinə görə, rejimin qəzəbinə tuş gəlmişdi.