“Baku Medikal Plaza” Hacı Şahini niyə evə buraxıb?
Tanınmış ruhani mərhum Hacı Şahin Həsənlinin oğlu ilahiyyatçının ölümündən bir neçə saat klinikaya müraciət etdiyini deyib. Ancaq klinikada onun səhhətində ciddi problem olduğunu deməyiblər.
SəhərAzəri-nin məlumatına əsasən, İlahiyyatçı Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı belə bir məlumat yayılıb ki, Hacı Şahin Həsənli səhhətində ciddi problem olmasına baxmayaraq “Baku Medikal Plaza”da yatmaqdan imtina edib və iltizamnamə imzalamaqla xəstəxananı tərk edib.
Bu məlumata mərhumun oğlu Hüseyn Həsənli aydınlıq gətirib:
“Bildirmək istəyirəm ki, atama səhhətindəki problemin nə dərəcədə ciddi olduğu bildirilməyib. Deyiblər ki, xəstəxanada qala da bilərsən, gedə də bilərsən”,- İlahiyyatçının oğlu deyib.
“Bəli, iltizamnamə imzalanıb, amma həkim ona problemin ciddi olduğunu deməyib. Ona görə də atam xəstəxananı tərk edib”, – H.Həsənli deyib.
Qeyd edək ki, ilahiyyatçı Hacı Şahin Həsənli martın 2-də səhərə yaxın ürəktutmasından vəfat edib. O, həmin gecə “Baku Medikal Plaza”da müayinə olunub.