Mart 28, 2023 17:18 Asia/Baku
  • Su idarəçiliyində səriştəsizlik intihara yol açıb

Zərdab rayonunun Çallı kənd sakini 32 yaşlı Süleymanov Əkbər Sabir oğlu üzərinə benzin tökərək özünü yandırıb. O, su probleminə görə intihara cəhd edib.

APA-nın verdiyi məlumata görə hadisə rayon su idarəsinin qarşısında qeydə alınıb.

Rayonun Çallı kənd sakini Əkbər Süleymanov üzərinə benzin tökərək özünü yandırıb. O, ağır dərəcəli yanıq xəsarətləri ilə Bakıya çatdırılıb.

Məluamata görə, Əkbər Süleymanov özünə məxsus pay torpağı səhəsində pambıq əksə də, bir müddətdir su qıtlığına görə əkini suvara bilməyib. Onun məsul şəxslərə etdiyi müracətlər cavabsız qaldığına görə intihar etmək qərarına gəlib.

Qeyd edək ki, Azərbaycan Respublikasında artıq su da korrupsiya amilinə çevrilməkdədir. Su idarəçiliyindəki səriştəsizlik və rüşvətxorluq niyyəti ilə yaradılmış süni su qıtlığı ciddi narazılıqlara səbəb olub. Bununla bağlı son vaxtlar saatlıda sakinlər etiraz aksiyası keçirdi. Aksiyaçılar polis zorakılığına məruz qaldı.

 

Teqlər