Apr 01, 2023 17:45 Asia/Baku
  • Azərbaycan və Ermənistan sərhədində daha bir toqquşma baş verdi, bir nəfər ölüb

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Respublikası ilə Ermənistan sərhədində yenidən münaqişənin baş verdiyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan Müdafiə Nazirliyi bəyanat yayaraq, bu ölkə ilə Azərbaycan Respublikası əsgərləri arasında baş verən qarşıdurmada bir əsgərin həlak olduğunu, ikisinin isə yaralandığını açıqlayıb.

İki gün əvvəl Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu ölkənin Ermənistanla sərhədlərində əsas və köməkçi rabitə yolları da daxil olmaqla geniş əraziləri nəzarətə götürdüyünü iddia etmişdi.

Bir neçə gün əvvəl Azərbaycan Respublikası silahlı qüvvələrinin atəşkəsi pozması və Şuşi-Lisaqur təmas xəttini keçməsi ilə Bakı ilə İrəvan arasında yeni gərginlik dönəmi başladı. Dünən isə, Dağlıq Qarabağın "Daxili İşlər Nazirliyi" Azərbaycan Respublikasının silahlı qüvvələrinin cümə axşamı atəşkəsi yenidən pozduğunu və bu ərazidə yaşayan fermerlərə və mülki əhaliyə atəş açdığını bildirib.

Teqlər