Apr 06, 2023 16:54 Asia/Baku
  • Azərbaycan hüquq-mühafizə orqanı rüsvayçı vəziyyətə düşdü

İlkin Süleymanovun deputata sui-qəsddə iştirakı yalan çıxdı

SəhərAzəri-nin məlumatına əsasən, deputat Fazil Mustafaya iddia olunan hücumla bağlı saxlanıdlığı bildirilən İlkin Süleymanova narkotik ittihamı verilib.

Bir neçə gün əvvəl Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı iddia olunan silahlı hücumda şübhəli şəxs kimi mediada təqdim edilən İlkin Süleymanovu narkotiklərin satışında ittiham edirlər. Bu barədə "Turan"a İlkin Süleymanovun əmisi Elnur Süleymanov məlumat verib.

E.Süleymanov qeyd edib ki, Fazil Mustafaya sui-qəsddə 6 nəfər ittiham olunur, köməkçilərdən biri də guya İlkindir. “Ancaq biz bunu qəbul etmirik və bu qeyri-mümkündür. Deyirlər ki, hadisə martın 28-də saat 21 radələrində olub, amma İlkinin Xocasən qəsəbəsində 20:15-də müşahidə kamerasında görüntüləri var, çörək alıb evə gedir. Bu mümkündür ki, fiziki olaraq o özünü saat 21 üçün Zabrata çatdırsın?”

E.Süleymanovun sözlərinə görə, bir müddət əvvəl dövlət tərəfindən İlkin Süleymanova təyin olunan vəkil onlarla əlaqə saxlayaraq onun Cinayət Məcəlləsinin “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrinin dövriyyəsi maddəsi ilə ittiham olunur.

“Biz bu ittihamların heç biri ilə razılaşmırıq və qəbul etmirik, onun qətiyyən narkotikə aidiyyəti yoxdur. Aparsınlar, yoxlasınlar, qanında narkotik var? Qətiyyən mümkün deyil. İlkin sadəcə dindar olduğuna görə belə məsələlərdə ittiham olunur”.

 

Teqlər