Apr 08, 2023 19:48 Asia/Baku
  • Taleh Bağırzadə: Hakimiyyət inanclı insanlara qarşı haqsız ittihamları dayandırmalıdır!

Azərbaycan Müsəlman Birliyi Hərəkatının (MBH) hazırda həbsdə olan lideri Taleh Bağırzadə son bir həftədə inanclı insanların saxlanılması ilə bağlı açıqlama yayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Taleh Bağırzadə Azərbaycanda anti-islam, xüsusi olaraq anti-şiə meyillərinin uzun illərdir ki, mövcud hakimiyyətin gündəmində olduğunu vurğulayıb.

Hərəkat sədrinin yazılı bəyanatında deyilir: "Bunun üçün ölkənin inanclılarına qarşı repressiv davranışlar zamanla bu və ya başqa formada təzahür etməkdədir".

Onun fikrincə, illərdir ki, ruhanilərin narkotik maddələrlə şərlənərək həbsə atılması, inanclılara eyni töhmətin vurulması şəxsən onun öz təcrübəsindən yaşanan olaydır. Bu gün hadisənin belə geniş vüsət alması, “inanclı vahiməsi” - şiə əqidəsinin cəmiyyətdə terrorçu-təkfirçi siyasi cərəyanına bənzər qorxunc imicə salınması planlı təxribatın şiəliyə, İslamın həqiqətlərinə vurulan ləkə olduğu tam çılpaqlığı ilə ortadadır.

Taleh Bağırzadə qeyd edib ki, son kütləvi həbslər artıq bu işin sifarişli olmasını sərgiləyən sadə həqiqət idi: "Narkotik ittihamı ilə şərləyib mediada "casus" kimi təqdimat isə bu işin arxasında dayanan qüvvələrin məkirli addımlarını gün kimi aydınladır. Bir də buna heç bir məhkəmə qərarı, araşdırma olmadan “casus” damğası vurmaq, İranla münasibətlərdə böhranı bəhanə edib əqidənin aşağılanmasına yönəli hiddət və nifrətdən başqa bir mənaya gəlmir.

Həbsdə qalan ilahiyyatçı sonda yazıb: “Hakimiyyətdən inanc və inanclılara qarşı haqsız ittihamlar, qurama oyunlar və kütləvi həbsləri tezliklə dayandırmağı, şərləmə oyununa alət etdiyi dini inancın pak varlığına ləkə salmağa çalışdığı mənfur əlini çəkməyi tələb edirik. Unutmayın ki, əqidənin yaratdığı paklıq ruhunda pərvaz edən bu günahsız insanların həbsi öz oturduğu budağı kəsib yüksəklikdən aşağı yuvarlanan insanın aqibətini qaçılmaz edəcək”, - deyə Bağırzadə fikrini tamamlayıb.

Xatırladaq ki, Taleh Bağırzadə 26 noyabr 2015-ci ildə həbs edilib.

2015-ci ildə baş vermiş həmin əməliyyat nəticəsində Taleh Bağırzadə də daxil olmaqla, 100-ə yaxın dindar həbs olunmuşdu.

Onlardan 42 nəfərə dövlət çevrilişinə cəhd, terrorçuluq və sair ağır maddələrlə ittihamlar verilmiş və 13 ildən 20 ilə qədər azadlıqdan məhrum edilmişdilə

 

Teqlər