İkinci əsgər də Ermənilərin əlindədir
Azərbaycan Ordusunun itkin düşən ikinci əsgəri Ermənistanda tapılıb.Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, “Aprelin 13-də Ermənistan ərazisində ikinci Azərbaycan hərbçisi aşkar edilərək saxlanılıb”, - deyə Ermənistan Müdafiə Nazirliyi bildirib. Sosial şəbəkələrin Ermənistan seqmentində isə Ermənistanın bu gün saxladığını bildirdiyi Azərbaycanlı əsgərin görüntüləri yayılıb
Erməni Teleqram kanallarının paylaşdığı fotoda Azərbaycan əsgərinin fiziki təcavüzə məruz qaldığı görünür.
Qeyd edək ki, Azərbaycan MN Naxçıvanın Şahbuz istiqamətində duman səbəbindən iki əsgərimizin - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundovun itkin düşdüyü haqda məlumat yaymışdı.
Ermənistan MN isə əsgərlərdən birinin 11 apreldə Zəngəzur mahalının Bnunis kəndində, digərinin isə bu gün Ermənistan ərazisində tapılaraq, saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşmüşdülər. Onlardan biri aprelin 11-də erməni polisi tərəfindən saxlanılmışdı. Sözü gedən iki azərbaycanlı əsgərin Ermənistan tərəfə keçməsinin səbəbəbi bəlli deyil.