Apr 14, 2023 16:57 Asia/Baku
  • Polis və DTX hazırlıq vəziyyətinə gətirildi

Azərbaycan Respublikasının polis qüvvələri və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ümumdünya Qüds Günü münasibətilə tam hazırlıq vəziyyətinə gətirilib!

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasında ictimai-siyasi fəallar bildirirlər ki, Əliyev rejiminin polis və təhlükəsizlik qüvvələrinin xəbərdarlığı əvvəlki illərdə Qüds günü ərəfəsində, xüsusilə sionist rejimin Bakıdakı səfirliyi ətrafında tətbiq olunurdusa, bu il Əliyev rejiminin xəyanətkar hərəkəti Qüds gününə iki həftə qalmış qəsdən və Netanyahunun tapşırığı ilə İsraildə Azərbaycan səfirliyinin açılması fonunda hökumətin qorxu və narahatlığı ikiqat artıb və bu səbəbdən də İsrailə qarşı etirazları önləmək üçün dindar fəallara divan tutulur.

Qeyd edək ki, əvvəlki illərdə Bakı polisi Qüds Günü “Həyat Park” mehmanxanasının mərtəbələrindən birində yerləşən sionist səfirliyi ətrafına yığışan xalq qruplarının nümayişlərinin qarşısını almış və onların hamısını həbs etmişdi.

Bu arada Azərbaycan Respublikası xalqını Qüds Günü ilə bağlı keçirilən xüsusi tədbirlərdə iştirakdan çəkindirmək məqsədilə “İsrail Təhlükəsizlik Akademiyası”nın Qafqaz regionu üzrə nümayəndəliyinin direktoru Mir Samir Məmmədov iddia edib ki, guya İsrail Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən olub və bu ölkə mövcudluğuna görə İsrail rejiminə borcludur.

Azərbaycan Respublikasındakı bu sionist mərkəzin direktoru “İsrail Cəmiyyəti Akademiyası”nın Bakıdakı nümayəndəliyinin saytındakı məqaləsində həmçinin İsrailin türk xalqlarının dostu olduğunu və həmişə onun tərəfdarı olduğunu iddia edib.

Qeyd edək ki, “İsrail Təhlükəsizlik Akademiyası” Fələstin xalqına qarşı vəhşicəsinə repressiya üslubunun Azərbaycan Respublikasında da tətbiq edilməsi üçün bu ölkənin hüquq-mühafizə qüvvələrinə təlim keçməkdə mühüm rol oynayır.

 

Teqlər