Apr 14, 2023 21:18 Asia/Baku
  • “Ermənistan əsirlərlə bağlı Cenevrə Konvensiyasını pozub”

Azərbaycan XİN beynəlxalq təşkilatları Ermənistanın əsirlərə qarşı zorakılığına lazımi qiymət verməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd bildirilib ki, Ermənistan tərəfindən əsirlərə qarşı nümayiş etdirilən sözügedən zorakılıq 1949-cu il Cenevrə Konvensiyalarının, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD), beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır.

Nazirlik qeyd edib ki, aidiyyəti beynəlxalq təşkilatlar sözügedən zorakılığa, o cümlədən Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktlarını araşdırmalı və lazımi qiymət verməlidir.

 

Teqlər