Avropa çempionatında Azərbaycan bayrağı yandırılıb
Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Gürcüstan ərazisindən Azərbaycana qayıtmalı olub.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib ki,
" Ağırlıqqaldırma üzrə Azərbaycan millisi avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub.
Nazirlik sözçüsü bildirib ki, komandanı Tiflisdən Bakıya gətirəcək təyyarə bu axşam saat 21:20-də Bakıya enəcək.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi öncə bildirmişdi ki, Azərbaycanın ağır atletika üzrə idman nümayəndə heyəti Yerevanda mehmanxanada saxlanılır və onun öz ölkəsinə qayıtması üçün hava limanına getməsinə icazə verilmir.
"Ermənistan bizim idmançıların təhlükəsiz qayıdışını təmin etməlidir, ancaq indi onlar oteldə kilidləniblər, KİV-ə çıxışları yoxdur”,- məlumatda deyilir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi beynəlxalq birliyi və beynəlxalq idman təşkilatlarını Ermənistanın bu hərəkətini kəskin şəkildə pisləməyə çağırmışdı.
Qeyd edək ki, dünən axşam Yerevanda Azərbaycanın ağır atletika komandasının da iştirak etdiyi ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.
İştirakçı ölkələrin təqdimatı zamanı Azərbaycan bayrağıda səhnəyə gətirilib. Bu zaman təşkilatçılardan biri bayrağı aparan qızın əlindən alıb və yandırıb. Onun bu hərəkəti tamaşaçıların fiti ilə müşayiət olunub. Bir müddət sonra bayraq geri qaytarılıb.
Ağır atletika üzrə Avropa çempionatının açılışında Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentdən sonra Bakı azərbaycanlı idmançıların təhlükəsizliyinə təhdidlərə görə onları yarışdan çıxarmaq qərarına gəldiyini bildirmişdi.Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə bəyanatında deyilir.
Hələlik Avropanın müvafiq qurumları Azərbaycan Respublikası bayrağının Avropa çempionatında yandırılmasına münasibət bildirməyib.