Elşən Xəzər Ramazan bayramına belə münasibət bildirib
Hər il olduğu kimi, bu il də Ramazan bayramının tarixi ilə bağlı Azərbaycan Respublikasında mübahisələr yaranıb. İranda bayramın aprelin 22-si elan olunduğuna rəğmən Qafqaz Müsəlmanları İdarəsi bayramın aprelin 21-i olduğunu bildirib. Mövzu ilə bağlı Globalinfo.az keçmiş meyxanaçı Elşən Xəzərin fikirlərini öyrənib.
SəhərAzəri-nin məlumatına görə, O, ölkədə aprelin 21 və 22-nin bayram olduğunu bildirib:
“Allah hər kəsin orucunu qəbul etsin. Bəzən insanlar bilmədikləri şeylərə müdaxilə edirlər. Axı ölkədə fitvanı mən vermirəm. Ay görünürsə, necə oruc tutum? Yaxud görünmürsə, necə tutmayım? Qafqaz Müsəlmanları İdarəsi fitva verdi ki, ölkədə bu gün və sabah bayramdır. Mən kimsəyə deyə bilmərəm ki, bu gün oruc tut və ya tutma. Bayramınız mübarək!”
Qeyd edək ki, hər hansı bir ölkənin coğrafiyası daxilində hansısa bir nöqtədə şəvval ayının görünməsi bayramın qeyd olunmasına kifayət edir.
İranda bu məqsəd üçün vəliyi-fəqihin nəzarətində bir qurum fəaliyyət göstərir. Həmin qurum şəvval ayının görünməsi barədə ölkə sərhədləri daxilində monitorinq aparır və həmin müşahidənin nəticələrinə əsasən aliməqam rəhbər bayramı elan edir.