Bəzi camaat imamlarının 22 apreli bayram elan etməsi Azərbaycanda hakim rejimi qəzəbləndirib
Ceyhun Məmmədov dindarların cəzalandırılmasına çağırdı
Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fitr bayramını şəriət qaydaları ilə keçirən məscid imamlarına qarşı sərt tədbir görülməsini tələb edib!
SəhərAzəri-nin məlumatına görə, Ceyhun Məmmədov aprelin 22-ni Fitr bayramı elan edən camaat imamlarına qəzəbləndiyini bildirib və “Biz əmrin haradan gəldiyini bilirik” deyib.
Bakının bu millət vəkili İran və İslam şəriətinə qarşı düşmənçiliyini nümayiş etdirərək, İranla düşmənçilik məqsədilə 21 aprelin bayram elan edilməsini müdafiə edərək hökumətin məlum qərarına qarşı çıxanları “milli birliyə və həmrəyliyə zidd” hərəkət kimi qələmə verib!
Ceyhun Məmmədov həmçinin Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini aprelin 22-sini Fitr bayramı elan edən məscid imamlarına qarşı sərt ölçü götürməyə çağırıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının üfüqü İran üfüqü ilə tamamilə üst-üstə düşür və bu səbəbdən də Azərbaycanda Şəvval hilalının görünməsi İranla eyni vaxtda olur, lakin hökumət və Qafqaz Müsəlmanları İdarəsi İrana qarşı inadkarlıqları və düşmənçilikləri əsasında bir gün əvvəl Türkiyə və Səudiyyə Ərəbistanı ilə eyni vaxtda Fitr bayramını elan etmiş, şəhər və kəndlərin bir çox məscidlərində insanları bayram etməyə məcbur etmişlər. Bunun davamında həqiqi Ramazan bayramı günü hökumətin agentləri bayram namazının qılınmasına mane olmağa çalışıb!
Sionizm cərəyanından güclü şəkildə asılı olan tayfa rejimi eyni zamanda Azərbaycan Respublikası hakimiyyəti İslam dininin bəzi cəhətlərini həyata keçirirmiş kimi davranır. Bununla əlaqədar İlham Əliyev və birinci vitse-prezident xanımı Mehriban Əliyeva bu ilin Ramazan ayı ilə eyni vaxtda vəhhabilərin mərkəzinə çevrilmiş Əbu Bəkr məscidinin açılış mərasimində iştirak etdilər!!
Bütövlükdə Əliyev hökumətinin bu ölkə xalqının kimliyini öz real və tarixi köklərindən və İrandan uzaqlaşdırmaq üçün Azərbaycan Respublikasının dini strukturunu dəyişmək planı var! Azərbaycan Respublikası xalqı üçün türk kimliyinin aşılanması son illərdə daha da güclənmişdir, lakin bu siyasət xalqın müqaviməti ilə üzləşir.