Fransadan kəskin reaksiya:
Fransa XİN: Rəsmi Bakı öhdəliklərinə zidd davranır
Apr 24, 2023 12:04 Asia/Baku
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasını pisləyib.
SəhərAzəri-nin məlumatına görə, bəyanatda deyilir ki, “Azərbaycanın atdığı addımlar atəşkəs sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə ziddir və danışıqlar prosesinə ziyan vurur”.
Fransa Azərbaycanı beynəlxalq öhdəliklərə riayət etməyə, xüsusən də Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarixli müvəqqəti qərarlarını yerinə yetirməyə, Laçın dəhlizi ilə insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkətinin bərpasına, eləcə də əhalinin qaz və elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına çağırıb.