Apr 25, 2023 15:50 Asia/Baku
  • Peskov: Üçtərəfli razılaşmaların həyata keçirilməsinə yardım edəcəyik

Rusiya hökuməti Laçın dəhlizinin başlanğıcında Azərbaycanın post qurmasına münasibət bildirib.

SəhərAzəri-nin məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib: “Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçilik etməkdə davam edir, lakin vəziyyət asan deyil.”

Onun sözlərinə görə, Bakı və İrəvan anlamalıdır ki, nizamlanma üzrə üçtərəfli sazişlərin bütün müddəalarına alternativ yoxdur. Bu səbəbdən Rusiya iki il əvvəl imzalanmış üçtərəfli sənədlərin bütün müddəalarını həyata keçirmək səylərini davam etdirir. Ən əsası isə qeyd olunan ölkələrin sözügedən sazişlərin həyata keçirilməsinə alternativ olmadığını başa düşməsidir.

 

Teqlər