May 04, 2023 16:17 Asia/Baku
  • DQİDK şöbə müdirindən bir deputatın nigarançılığına qəribə cavab

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, bir deputatın, Hacı Şahinin tərəfdarlarının idarəedilməz olmasına dair nigarançılığına cavab verib.

  SəhərAzəri-nin məlumatına görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbə müdiri Cahandar Əlifzadə, Bakı parlamentinin üzvü Ceyhun Mahmudovun mərhum Hacı Şahinin canişini- Əli Şərbətovun Məşhədi Dadaş məscidinin imamətindəki acizliyinə dair sözlərini onun insanlarla əlaqə və ünisiyyət qurmaqda və onları cəzb etməkdə aciz olması ilə əlaqələndirib. Əlifzadə həmçinin Hacı Şahinin tərəfdarlarının bu məsciddən dağılmalarını qaranlıq və naməlum məsələ kimi dəyərləndirib!

  Məsələni araşdıran “konkret.az” saytı yazıb: Hacı Şahinin tərəfdarları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən kənarlaşdırılmış Bakının Yeni Günəşli qəsəbəsindəki Həzrət Fatimeyi-Zəhra(s.ə.) məscidinin sabiq imam camaatı Hacı Ramil Bədəlovun və ya Hacı Şahinin yetirmələrindən olan Elbrus Kərimovun onun yerinə qoyulmasını istəyirlər. Onlar Əli Şərbətovun təyin edildiyini gördükdə Məşhədi Dadaş məscidindən imtina ediblər!!!

  Qeyd edək ki, sekular Bakı hökuməti Məşhədi Dadaş məscidində iri toplanış təşkil etməklə xalqın məhərrəmlikdə, ramazan ayında və sair vaxtlardakı dini emosiyalarını idarə edib, öz istədiyi səmtə və hətta hakimiyyətin baş alıb gedən geniş korrupsiyasına və şiələrə qarşı mövqeyinə rəğmən, İlham Əliyevin prezidentliyinə və Mehriban Paşayevanın hakimiyyətinə dəstəyin elan olunması səmtinə sövq etdirirdi!!!

Teqlər