May 05, 2023 12:25 Asia/Baku
  • Ağ Ev Azərbaycanda da dövlət çevrilişinə cəhd edib

ABŞ xüsusi xidmət orqanları Azərbaycan Respublikasında və digər ölkələrdə çevrilişlər təşkil etməyə cəhd göstərib.

SəhərAzəri-nin məlumatına görə, bu barədə Çinin Kompüter virus hücumlarına təcili cavab tədbirləri milli mərkəzi və “360” adlı internet təhlükəsizliyi üzrə şirkətin birgə hesabatında deyilir.

Qeyd edilir ki, Azərbaycanla yanaşı inqilab cəhdləri İranda, Belarusda, Livanda və Myanmada olub.

“Statistikaya görə, son onilliklər ərzində MKİ çaxnaşmalar yaratmaqla 50-dən çox ölkədə qanuni hökumətləri devirib və ya devirməyə cəhd edib”, - deyə hesabatda vurğulanır.

 

Teqlər